Ukraynanın xarici işlər naziri Andrii Sybiha bazar ertəsindən etibarən ən azı 30 günlük atəşkəsə hazır olduqlarını bildirib.
Ukraynanın xarici işlər naziri Andrii Sybiha sosial media hesabında paylaşıb ki, Ukraynada sülh səylərini müzakirə etmək üçün Kiyevdə “İrəlilər Koalisiyası”nın iclasından sonra Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Polşanın baş naziri Donald və Böyük Britaniyanın baş naziri Key Starmerlə ABŞ prezidenti Donald Tramp arasında məhsuldar telefon danışığı olub. Nazir Sybiha bildirib ki, liderlər sülh səylərinə diqqət yetiriblər.
"Ukrayna və bütün müttəfiqlər bazar ertəsindən başlayaraq ən azı 30 gün quruda, havada və dənizdə tam və qeyd-şərtsiz atəşkəs elan etməyə hazırdır. Rusiyanın təsdiqi və effektiv təqibi ilə daimi atəşkəs və etimadın möhkəmləndirilməsi tədbirləri sülh danışıqlarına zəmin yarada bilər", - Sybiha deyib.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva