Bu gün:

" İstənilən vaxt müjdə ala bilərsiniz"


Prezident Rəcəb Tayyib Ərdoğan PKK-nın qurultayından sonra verdiyi ilk açıqlamada “İstənilən vaxt müjdə ala bilərsiniz”,-deyərək, “Dövlətin ciddiliyinə yaraşacaq şəkildə zərrə qədər boşluq buraxmadan işi izləyirik” sözlərini əlavə edib.

Prezident Ərdoğan “Analarla Güclü Ailə, Ailəylə Güclü Türkiyə” proqramında çıxış edərək, “İnanıram ki, əziz millətimizin dəstəyi və xüsusilə bütün anaların səmimi duaları ilə terrorsuz Türkiyə zirvəsinə çatacağıq”. Ərdoğan “Bütün şəhid analarımızı və qazilərimizi burada bir daha dərin ehtiramla yad edirəm”,- deyib.“Terrordan azad Türkiyə” prosesini böyük həssaslıqla həyata keçirdiklərini bildirən prezident “Kəşfiyyat və digər təhlükəsizlik birliklərimiz öz vəzifələrini titizliklə yerinə yetirirlər”,- deyib.

Mənbə:BBC NEWS

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et