Bu gün:

“Rusiya dayanmasa, təzyiq artacaq”


 İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbənin 80-ci ildönümü münasibətilə Moskvada keçirilən möhtəşəm hərbi paraddan cəmi bir gün sonra Ukraynanın paytaxtı Kiyevdə Avropanın ən güclü 4 ölkəsinin liderləri bir araya gəlib.

Rusiya Prezidenti Vladimir Putinin hər il təşkil etdiyi Qələbə Günü mərasiminə bu il Çin Prezidenti Si Cinpin və Slovakiya Baş naziri Robert Fico da qatılıb. Bu iştirak Kremlin Qərbə qarşı təklənmədiyi mesajını vermək cəhdi kimi qiymətləndirilib. Eyni gün Avropa liderlərinin Kiyevdə görüşməsi isə məhz bu mesajı tarazlaşdırmağa yönəlmiş simvolik bir addımdır.

Fransa, Almaniya, Böyük Britaniya və Polşa liderlərinin qatarla Polşadan Ukraynaya səfəri, Qərbin müharibə şəraitində də Ukraynanın yanında olduğunu göstərən güclü bir jest sayılıb. Onların Kiyevə səfəri Moskvanın hərbi parad vasitəsilə nümayiş etdirdiyi gücə cavab olaraq Qərbin birliyini və dəstəyini ön plana çıxarıb.

9 may 2025-ci ildə Ukraynanın Şegini şəhərində Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers və Böyük Britaniyanın Baş naziri Keir Starmer Kiyevə gedən qatarda üçtərəfli görüş keçiriblər. Dörd liderin yaydığı birgə bəyanatda ABŞ Prezidenti Donald Trampın təklif etdiyi 30 günlük qeyd-şərtsiz atəşkəs dəstəklənib. Bəyanatda deyilir: “Qan tökülməsinə son qoyulmalıdır. Rusiya qeyri-qanuni işğalına son verməlidir. Ukrayna beynəlxalq sərhədləri daxilində təhlükəsiz və müstəqil bir dövlət kimi varlığını davam etdirməlidir.”


Liderlər əgər Rusiya bu atəşkəsi qəbul etməzsə, iqtisadi və diplomatik təzyiqlərin artırılacağını da vurğulayıblar. Fransa Prezidenti Makron atəşkəsin pozulacağı halda “ciddi iqtisadi sanksiyaların” tətbiq ediləcəyini bəyan edib.


Mənbə: A Haber

Tərcümə etdi: Səyyarə Mirzəyeva


Paylaş
Şərh əlavə et