Cümə axşamı axşamı Müqəddəs Pyotr meydanına baxan eyvandan izdihamı salamladıqdan çox keçmədən Papa XIV Leo son iki aydır yaşadığı Sant'Uffizio Sarayına qayıtdı.
Onu sevincli bir qrup işçi heyəti və keçmiş həmkarları qarşıladılar, hamı onun əlini sıxıb təbrik etməyə can atırdı.
Gənc qız xeyir-dua vermək və imzalamaq üçün ona İncil uzatdı. "Əlbəttə, yeni imzamı sınamalı olsam da",- deyə Papa Leo bildirib.
O, yalnız bir neçə saat əvvəl, Papa seçiləndə Robert Francis Prevost olmaqdan əl çəkmişdi. O, XIV Leo adını aldıqdan sonra 69 yaşlı Çikaqoda doğulmuş kardinal üçün yeni həyat başladı.
Lakin Papa Leonun Katolik Kilsəsini necə idarə edəcəyi ilə bağlı təfərrüatlar hələ də azdır və buna görə də növbəti bir neçə gün və həftə ərzində onun geyimindən tutmuş yaşayış yeri seçiminə qədər hər bir kiçik ipucu araşdırılacaq.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
