Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Qələbə Gününü qeyd etmək üçün Qırmızı Meydanda keçirilən paradda Çin sədri Şi ilə birlikdə kürsüyə qalxıb.Ukraynadakı müharibə ilə əlaqədar olaraq Moskvanın mərkəzində ciddi təhlükəsizlik tədbirləri görülüb. Qələbə Günündə Rusiya İkinci Dünya Müharibəsində Sovet İttifaqının nasist Almaniyası üzərində qazandığı qələbəni qeyd edir. Mərasimdə 20-dən çox ölkənin liderlərinə və minlərlə əsgərə müraciət edən Prezident Vladimir Putin Rusiyanın İkinci Dünya Müharibəsindən aldığı dərsləri unutmadığını vurğulayıb. O, çıxışında “xüsusi hərbi əməliyyat” adlandırdığı Ukrayna müharibəsinə də toxunaraq artıq dördüncü ildir davam edən bu əməliyyata bütün Rusiyanın dəstək verdiyini bildirib.
Mənbə:BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova