Bu gün:

Hindistan və Pakistan Kəşmirdə yenidən bir-birinə atəş açıb


Cümə günü, mayın 9-na keçən gecə Hindistan və Pakistan yenidən bir-birinin mövqelərini atəşə tutub. Pakistanlı terrorçuların Kəşmirdə hindistanlı turistlərə hücumundan sonra bölgədə vəziyyət gərginləşib.

Hindistan və Pakistan cümə günü, mayın 9-na keçən gecə Kəşmirdə mübahisəli sərhəd bölgəsində bir-birinə artilleriya atəşi açıb. Ən azı beş nəfər həlak olub.

Pakistanın nəzarətində olan Kəşmirdə azı 4 nəfər ölüb, 12 nəfər yaralanıb, polis sözçüsü Adil Əhməd pressaya bildirib. Yerli sakinlərin sözlərinə görə, atəş cümə günü səhərə qədər davam edib.

"Biz nəzarət xətti boyunca Pakistan və Hindistan arasında atışmaları eşitməyə öyrəşmişik, lakin dünən gecə fərqli idi" deyə sərhəd yaxınlığındakı Çakoti kəndinin sakini Məhəmməd Şakil bildirib.

Öz növbəsində Hindistan hərbçiləri iddia edir ki, Pakistan əsgərləri onların mövqelərini artilleriya, minaatan və avtomat silahlardan atəşə tutub. Polis Uri bölgəsində bir qadının öldürüldüyünü bildirib. Daha iki mülki şəxs yaralanıb. Bu, çərşənbə günündən bəri Hindistanın nəzarətində olan ərazidə mülki vətəndaşların ölənlərinin sayını 17-yə çatdırır.

Mənbə: euronews

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et