Bu gün:

Bill Qeyts sərvətinin 99 faizini bağışlayır


"Microsoft”un qurucusu Bill Qeyts qarşıdakı 20 il ərzində böyük sərvətinin 99 faizini başqasına verməyi planlaşdırdığını deyib.


Bill Qeyts fondunun yardımlarını artıracağını və 2045-ci ildə onu bağlamağı planlaşdırdığını açıqlayıb.

“Mən öləndə insanlar mənim haqda çox şey deyəcəklər, amma qərarlıyam ki, bu sözlərdən biri ‘zəngin öldü’ olmayacaq,” – deyə o, cümə axşamı bloq yazısında qeyd edib.

69 yaşlı Qeyts bildirib ki, fond bu günə qədər səhiyyə və inkişaf layihələrinə 100 milyard dollar ayırıb. Bazarların vəziyyəti və inflyasiyadan asılı olaraq qarşıdakı 20 ildə daha 200 milyard dollar xərcləməyi planlaşdırıb.

Bloq yazısında o, varlı şotland əsilli amerikalı iş adamı Endryu Karneqinin 1889-cu ildə yazdığı “Sərvət İncili” adlı essesinə istinad edib. Həmin yazıda varlı şəxslərin sərvətlərini cəmiyyətə qaytarmaq öhdəliyindən bəhs olunub.

Qeyts Karneqinin “Zəngin ölən adam gözdən düşərək ölür” fikrini də sitat gətirib.

Mənbə: BBC News

Tərcümə etdi: Səyyarə Mirzəyeva


Paylaş
Şərh əlavə et