HƏMAS və İsrail arasında əsir mübadiləsi razılaşması çərçivəsində azad edilən fələstinlinin Misir xəstəxanasında öldüyü bildirilir. Fələstinli Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının Əsir və Azad Edilənlər Komitəsinin birgə bəyanatında işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tülkərim sakini Mutasim Rəddadın vəfat etdiyi açıqlanıb.Açıqlamada bildirilib ki, Rəddad İsrail həbsxanalarındakı ən mühüm tibbi işçilərdən biri olub. O, 2006-cı ildə həbs edildikdən sonra 2025-ci ilin fevralında mübadilə razılaşması çərçivəsində azadlığa buraxılanadək bir sıra tibbi sui-istifadəyə məruz qalıb və azadlığa çıxdıqdan sonra onlarla xəstə məhbusla birlikdə Misirə deportasiya edilib.
Bəyanatda həmçinin qeyd olunub ki, Rəddad həbsinin son aylarında Ramle həbsxanasındakı klinikadan insan həyatı üçün minimum şəraitin belə olmadığı Ofer həbsxanasındakı kameraya köçürülüb. Bu vəziyyət onun səhhətinin daha da pisləşməsinə səbəb olub. Bildirilib ki, bu sistematik pis rəftarın məqsədi "onu öldürmək olub".
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad