Bu gün:

Evdə uşaqların dərs çalışması üçün qaydalar


Uşaqlara evdə necə dərs öyrətmək barədə bəzi vacib tövsiyələr...

1- Çalışacağı yeri müəyyənləşdirin

Ev şəraiti baxımından ailələr arasında fərqlər var. Bəzi ailələrdə uşaqlar otaqda parta arxasında, bəzi ailələrdə isə qonaq otağında və ya mətbəxdə işləyirlər. Uşağın dərs çalışdığı mühitlərdə onun davranış və dərsə münasibətini müşahidə edərək hansı mühitdə daha səmərəli oxuduğunu müəyyən etmək faydalı olacaq. Bununla belə, səmərəli dərs keçmək üçün dərs ciddi şəkildə parta arxasında keçirilməli və dərs uzanan və ya uzanmış vəziyyətdə öyrənilməməlidir. Çünki bir müddət sonra bu vəziyyət gərgin olan əzələlərin rahatlamasına və yatmasına səbəb olur. Dərs mühiti yaxşı havalandırılmalı və musiqi və ya televiziya səsləri kimi səslərdən uzaq olmalıdır. Tədqiqatlar göstərir ki, eyni anda iki işi yerinə yetirmək diqqəti yayındırır.

2- Lazımi materialları hazırlayın

Dərsə başlamazdan əvvəl istifadə olunacaq materialları yoxlayın və onların tam olduğundan əmin olun. Uşaq oxuyarkən çatışmayan materialları gətirmək onun ətraf mühitdən uzaqlaşmasına səbəb olur. Xüsusilə, ibtidai sinif şagirdləri çatışmayan materialı tapmaq üçün çox vaxt sərf edirlər və bu onların dərsə diqqətinə təsir edir.

3- Öyrəniləcək mövzuları və tapşırıqları müəyyənləşdirin

Əgər oxuyarkən öyrənilməli bir neçə fənn varsa, uşağın zövq aldığı dərsdən başlamaq onun dərsə həvəsini artırır. Bu nöqtədə dərsə başlamazdan əvvəl hansı fəndən başlayacağınızı və hansı dərsləri tamamlayacağınızı dəqiqləşdirmək, uşağın dərsə hazır olmasını və hərəkətə keçməsini təmin edəcək.

4-Dərs çalışmaq üçün lazımi motivasiyanı təmin edin

Öyrənməyə başlamazdan əvvəl bəzi uşaqlar valideynləri tərəfindən dərsə hazırlanmalıdırlar. Belə uşaqlara təhsil zamanı xarici motivasiya lazımdır. Buna görə də, xarici motivasiyaya ehtiyacı olan bir uşağınız varsa, onun dəstəyinizə ehtiyacı olduğunu unutmayın. Belə hallarda təhsilə motivasiyanı təmin etmək məqsədilə başqa uşaqlarla müqayisə etməməli, işləmədiyi təqdirdə başına nə gələ biləcəyi ilə bağlı uşağı qorxutmamalı, təhdid etməməli, öz sevginizi şərti cümlələrlə ifadə etməməlisiniz.

5-Dərs vaxtını təyin edin

Xüsusilə, məktəbə yenicə qədəm qoyan uşaqlar təkbaşına dərs oxumaq üçün ayrılan vaxtı müəyyən etməkdə çətinlik çəkəcəkləri üçün valideyn dəstəyinə ehtiyac duyurlar. 

6-Tənəffüs zamanı təyin edin

Fasiləsiz işləyərək uzun müddət parta arxasında olmaq uşağın dərsə marağının azalmasına və dərs oxuyarkən başqa şeylərə maraq göstərməsinə səbəb olur. 

Mənbə: Acıbadem hayat.com

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et