Bu gün:

İnsanla ən yaxın DNT-yə sahib canlılar


Bədənimizdə bizi biz edən 3 milyard genetik tikinti bloku və ya baza cütü var. Bu 3 milyard baza cütündən yalnız kiçik bir miqdar bizə xasdır və bizi genetik olaraq növbəti insana təxminən 99,9 faiz bənzədir. Bizi başqa bir insandan fərqləndirən yalnız yüzdə 0,01 DNT-dir.

"Science" jurnalının 2009-cu il hesabatına görə, ev heyvanları genlərinin təxminən 80 faizini insanlarla bölüşürlər.

Pişiklər düşündüyümüzdən daha çox bizə bənzəyir. 2007-ci ildə edilən bir araşdırma Həbəş ev pişiyindəki genlərin təxminən 90 faizinin insanlara bənzədiyini göstərib.

2005-ci ildə aparılan bir araşdırma ən yaxın yaşayan təkamül qohumlarımız olan şimpanzelərin genetik olaraq insanlara 96 faiz oxşar olduğunu aşkar edib.

Təəccüblüdür ki, hətta bananlar da insanlarla eyni DNT-nin təxminən 60 faizini bölüşürlər.

Mənbə: Business Insider

Tərcümə etdi: Aytən Nazim 

Paylaş
Şərh əlavə et