Bu gün:

Atatürkün Azərbaycanın ürəyini fəth etdiyi mesajı


SSRİ-nin dağılmasından sonra 1991-ci ildə qardaş ölkə Türkiyənin Azərbaycanda ilk səfirliyini açan diplomat Mehmet Əli Bayar Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə müraciət dərc edib. Bayar mesajında Atatürkün Azərbaycan türkcəsində Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi tarixi mesaja da yer verib.

 

Atatürkün Rəsulzadəyə göndərdiyi mesajda Bayar,-"Mən dünyaya səndən üç il öncə göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!", - dedi.

Bayarın mesajı belədir:

"Şərqin ilk demokratik, dünyəvi Türk Cümhuriyyəti olan və ilk dəfə türk əlifbasını qəbul etməklə Atatürkə ilham verən Türkiyə Dövləti Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünü içdən və ürəkdən təbrik edirəm.

“Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını səsləndirən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, böyük dövlət və siyasi xadimi Məhəmməd Əmin Rəsulzadəni və onun bütün qəhrəman dostlarını rəhmətlə yad edirik.

Bu münasibətlə Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin bayrağını öz əlləri ilə qaldıran Ulu Atatürkümüzü “Azərbaycanın kədəri dərdimiz, sevinci bizim sevincimizdir” sözləri ilə yad edirəm.


Burada Mustafa Kamal Atatürkün Rəsulzadəyə Azərbaycan türkcəsində göndərdiyi tarixi mesajı və böyük şair Əhməd Cavad tərəfindən yazılmış Azərbaycan İstiqlal Marşının sözlərini bir daha xatırladaraq bu məqsədlə şəhid olmuş qəhrəman Azərbaycan türklərinə yardım təklif etdi. 1920-ci ildə sovet orduları qarşısında şəhid olmuş və onların köməyinə Qafqaz Ordularımızın komandanı Nuri Paşanın və şəhid olmuş əsgərlərimizin ruhuna çatırıq. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı daima!", - deyə bitirmişdir. 

Mənbə: Yenicaggazetesi

Tərcümət etdi: Hüseyn İlyasov



Paylaş
Şərh əlavə et