Bu gün:

Albert Eynşteyni dahi edən qeyri-adi düşüncə tərzi


Princeton Universitetinin professoru, nəzəri fizik Robbert Dijkgraaf məqalələrinin birində Eynşteynin dünyanı digər elm adamlarından fərqli gördüyünü izah edir.

O belə izah edirdi,-"Eynşteyn əsl dahi idi və bir alim kimi hamımıza nümunədir. Hələ uşaq ikən onun düşüncə tərzi çox fərqli idi. Eynşteynin təxəyyülü çox vacib idi. O çox yaxşı tələbə deyildi, amma çox original düşüncə tərzinə malik idi. Mənim üçün Eynşteynin sehrli toxunuşu var idi. O, dövrünün nəzəriyyələrini qəbul etmədi və özünəməxsus şəkildə düşündü. Bir alim kimi ən çox sevdiyi mülahizə düşüncə təcrübəsi idi. Bunu Ümumi Nisbilik Nəzəriyyəsini kəşf etdiyi mühüm anı təsvir etməklə izah edir. Bir dəfə binanın damında işçiləri izləyirdi. Birdən fəhlələr yıxılsa nə olacağını düşündü və anladı ki, işçilər yıxılsalar, daha cazibə qüvvəsini hiss edə bilməyəcəklər. Birtəhər bu hadisədən nəticə çıxararaq Ümumi Nisbilik Nəzəriyyəsini formalaşdırdı. O həmin anı həyatının ən xoşbəxt anı kimi təsvir edib. Sonra  məni çox rahatlaşdıran bir şey dedi: Təsəvvür bilikdən daha vacibdir, çünki bilik bizim bildiklərimizi müəyyənləşdirir. Təsəvvür isə gələcəkdə bilə biləcəyimiz hər şeydir".

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et