Bu gün:

Əsrarəngiz sevgi hekayəsi


1990-cı ildə iki rəfiqə qatarla səyahət edirdi. Səfər zamanı vaqona bir neçə yad adam minir və hamısı iki gün boyunca qatarda ilişib qalırlar. Nəhayət, hər kəs öz yoluna davam edir. Lakin həyat onların qarşısına gözlənilməz bir sürpriz çıxarır – illər sonra tamamilə başqa bir ölkədə yenidən görüşürlər. Bir müddət sonra yolları yenidən ayrılır, amma bu dəfə dostları onları bir araya gətirmək üçün təşəbbüs göstərir. Nəticədə, xoşbəxt son! Artıq 30 ildir ki, bu cütlük həyatı birlikdə paylaşır. Onların hekayəsi isə romantik filmləri xatırladır.


1990-cı ilin yayında 20 yaşlı Nina və dostu Loa, bir aylıq dəmir yolu macərasının bir hissəsi olaraq Macarıstanın Budapeşt şəhərindən Yunanıstanın Afina şəhərinə səyahət edirdi. Onlar, gənc səyahətçilərə Avropada limitsiz qatar səyahəti imkanı verən xüsusi bir bilet almışdılar.


Nina deyir: “Mən İsveçdənəm, o vaxt İsveç Radiosunda işləyirdim və bu səfər üçün pul yığmışdım. Bütün Avropanı görmək istəyirdim". 


Budapeştdən Afinaya qatarla səyahət Şərqi Avropanın cənubundan keçərək təxminən dörd gün çəkib. Belqradda sərnişinlər başqa qatarla davam etməli olublar. Bu fürsətdən istifadə edən Nina və Loa boş bir kupeni tutaraq əlavə rahatlıqdan həzz almağa hazırlaşıblar. Lakin birdən qapı döyülüb. O an hər ikisi başa düşüb ki, təklikləri uzun çəkməyəcək.


“Sonra qapının arxasından içəri girən üç baş gördük”- deyə Nina deyir.

“Onlar şotlandiyalı, ingilis və irlandiyalı idilər. Fikirləşdim ki, bu nə cəhənnəmdir?!” Nina xatırlayır. “Üç kişi mehriban, üzrxah və bir az nəfəs-nəfəsə qalmışdı. Onlar izah etdilər ki, əvvəlki qatarda yuxuya gediblər və az qala bu qatarı buraxacaqdılar. Əslində, qatar artıq stansiyadan çıxmağa başlamışdı, amma birdən yavaşladı. O an dayananda bu üç sərnişin qaçaraq qatara tullana bilib". 


Onların hamısı böyük kürək çantaları və köhnəlmiş qatar cədvəlləri daşıyırdı. İngilis olan Stiv Londondan kərpic ustası idi. İrlandiyalı Pol isə nəzakətli və ciddi görkəmə sahib idi. Lakin Ninanın diqqətini həqiqətən cəlb edən Qlazqodan olan şotlandiyalı Derek oldu. O, qrupun qeyri-rəsmi lideri kimi görünürdü – həm iddialı, həm üzrxah, həm də cəlbedici idi. Nina onun haqqında ilk təəssüratlarını belə xatırlayır: “Onun bu qədər irəli getməsi fikrini çox bəyəndim, amma kobud deyildi. Demək olar ki, uşaq kimiydi. Digər ikisindən fərqli görünürdü. O, maraqlı insan idi". 


Bir müddət sonra səbəbini anlayıblar: Yuqoslaviya qatar işçiləri tətilə çıxıblar. Bu o demək idi ki, qatar tezliklə heç yerə yola düşməyəcək. Nina, səyahət planlarının pozulmasına görə narahat ola bilərdi. Axı, bu dəmir yolu macərasını uzun müddətdir planlaşdırırdı və belə bir yerdə qiymətli vaxt itirmək onu əsəbiləşdirə bilərdi. Amma vecinə də deyildi. Onun bütün diqqəti yalnız Derekdə idi.


Derek Barclay 21 yaşında olub və inşaat mühəndisi olmaq üçün təhsil alıb. Yayda işləyib və qatar bileti almaq üçün pul yığıb. Derek belə deyir: “Birdən çantamı anamın evinə buraxdım və ‘Avropaya gedirəm’ dedim". Anası dəhşətə gəlib, çünki Derek-in əvvəlki planı Kasablankadan İstanbula getmək olub. Amma "Onların heç birində olmamışam. Nina ilə yolda rastlaşdım və fikrim dağıldı" - deyə Derek bildirir.

 

Ayrılıqlarından bir neçə gün sonra, Nina, Loa və digər isveçli dostlar bir gün Eginanın çimərliklərindən birində üzmək, günəş vannası qəbul etmək və dincəlmək qərarına gəliblər. Bir müddət sonra üç nəfərin onlara tərəf gəldiyini görüb, onları tanış adama oxşadıblar. Nina onların qatardakı 3 kişi olduğunu deyib və təəccüblənib. Loa da eyni dərəcədə heyrətə gəlib. "Yunanıstandakı bütün adalardan bizi necə tapa bildiniz?" - deyə soruşublar. Sonra aydın olub ki, Derek, Stiv və Paulun Eginada olması təsadüfi deyil.


Növbəti bir neçə gün ərzində Nina və onun dostları Derek, Paul və Stivlə birlikdə Aeginanı gəziblər. Nina ilə Derek arasındakı asan, sərbəst söhbət tez bir zamanda canlanıb. Qatarda aralarındakı bağ, Ninanın fikri ilə desək, “sadəcə mehriban olmaq, bir-birini bir az da tanımaq” olub. Ancaq Yunanıstanda görüşəndə o, daha yaxşı hiss etməyə başlayıb. 


Bir axşam, Derek və Nina üzməyə gediblər, yalnız ikisi olub və burada bir-birilərindən xoşu gəldiklərini anlayıblar. Lakin tezliklə onların Yunanıstandakı səyahəti sona çatıb. Nina xatırlayır ki: “Biz evə qayıtdıq, mən İsveçə, Derek isə Şotlandiyaya. Mənim isə nə onun ünvanı, nə də telefon nömrəsi var idi, heç nəyim yox idi". 


Bir neçə aydan sonra mənzilin növbəti kirayəçisi gənc qadın zaman keçdikcə qıvrılmış və saralmış məktublara rast gəlib. Onları yerli şuraya aparıb deyib: “Bax, bu yəqin ki, müharibə dövründən bir şeydir”. Markaların üzərində hərflərin 1990-cı illərə aid olduğu yazılıb. 


Gənc qadın o qədər həyəcanlanıb ki, məktubları görüb müharibədən nəsə tapdığını zənn edərək rayon sovetinə təhvil verib. Şura işçiləri bu müharibə dövrünün romantika nəzəriyyəsinə məhəl qoymayıblar və bunun əvəzinə zərflərdəki soyadlara diqqət yetiriblər. Onlar bu məktubların Derekin eyni soyadı paylaşan və hələ də şurada işləyən bacısı ilə əlaqəsi ola biləcəyini güman ediblər. 


Həmkarları ilə əlaqə saxladıqda, Derekin bacısı bunların Derek və Nina arasında 1990-cı illərdə yazılmış sevgi məktubları olduğunu təsdiqləyib və məktubları müəllifləri ilə birləşdirib.


Nina və Derek bu hekayəni danışarkən çox gülürlər, xüsusilə 1990-cı illərdə yazdığı məktubların tarixi əhəmiyyət kəsb edən müharibə qalıqları kimi yanlış anlaşılmasına. Ancaq münasibətlərinin ilk illərinin bu xüsusi xatirələrinə qovuşduqlarına görə də çox minnətdardırlar. Bu gün Derek və Nina özlərini "ən yaxşı dostlar, həm də həyat yoldaşları" kimi təsvir edirlər. Və onlar həmişə qatar macəralarının onları bir araya gətirdiyinə görə minnətdardırlar. Derek hər şeyin qismət olduğunu deyib: “Növbəti vaqona piyada gedə bilərdik. Biz qatarda başqa yerdə ola bilərdik və heç vaxt görüşməmiş ola bilərdik. Bu, qismət idi".


Mənbə: Hüriyyet

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et