Bu gün:

Dünyadakı ən məşhur kitabxanalar


Kitabxanalar informasiyanın saxlanması və ötürülməsinə öz töhfələri ilə hər zaman bəşəriyyət üçün dəyərli olmağa davam edəcəklər. 

Trinity Kolleci kitabxanası

İrlandiyanın ən böyük kitabxanası sayılan Dublindəki Trinity Kolleci kitabxanası hər il 500.000-dən çox ziyarətçi qəbul edir. Taxta quruluşu və simmetrik dizaynı ilə diqqət çəkən kitabxanada 800 il əvvəl Kelt keşişləri tərəfindən yazılmış Kells kitabının əlyazmaları da var.George Peabody kitabxanası

Peabody İnstitutunun kitabxanası olaraq da tanınan Corc Peabody Kitabxanası 5 mərtəbəli nəhəng quruluşu ilə diqqət çəkir. ABŞ-ın Baltimor şəhərində yerləşən binanın yaradıcısı Corc Peabodi kitabxananı hər kəsin rahatlıqla istifadə edə biləcəyi məkan yaratmaq məqsədi ilə inşa etdirib.İsgəndəriyyə kitabxanası

Misirin İsgəndəriyyə şəhərində yerləşən İsgəndəriyyə kitabxanası uzun tarixə malikdir. Qədim Misirin informasiya mərkəzi sayılan kitabxana həm daxili, həm də xarici memarlıq baxımından diqqəti cəlb edir. Kitabxananın xarici görünüşü Qədim Misiri əks etdirən qravüralarla örtülmüşdür. Şayiələrə görə, 900 minə yaxın əlyazması olan kitabxana Roma İmperiyası dövründə yandırılıb. Sonrakı dövrdə bir neçə dəfə təmir olunaraq bağlanan kitabxana 2002-ci ildə aparılan bərpa işlərindən sonra yenidən istifadəyə verilmişdir.Beinecke nadir kitablar və əlyazmalar kitabxanası

ABŞ-ın Nyu-Haven şəhərindəki Yale Universitetində yerləşən Beinecke nadir kitablar və əlyazmalar kitabxanası mərmər divarlardan ibarət dizaynı ilə diqqət çəkir. Kitabxanada pəncərələr yerinə artıq işığı əks etdirən şəffaf Dany mərmərindən istifadə edilməsi başqa bir gözəl görüntü yaradır. Bu da yeri maraqlı edən səbəblərdən biridir. Nadir kitabların və əlyazmaların toplandığı kitabxana hər il minlərlə ziyarətçini qəbul edir. El Escorial kitabxanası

Madriddəki El Escorial kitabxanası dünyanın ən böyük kitabxanalarından biridir. İspaniyanın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və monastr, saray və kitabxana kimi hissələrdən ibarət olan kitabxana bir vaxtlar İspaniya Kralının olub Felipenin iqamətgahı kimi istifadə olunurdu. Bundan əlavə, nadir kitablar və əlyazmalar kitabxanasındakı resurslara zərər vurmamaq üçün xüsusi hazırlanmış sərt üzlüklü rəflərdə mühafizə olunur.Ateneo böyük, möhtəşəm kitabxanası

Argentinanın paytaxtı Buenos Ayresdə yerləşən Ateneo Grand Splendid kitabxanası teatr və opera kimi müxtəlif sənət tədbirlərinə ev sahibliyi etməklə yanaşı, memarlığı ilə də ölkənin ən əhəmiyyətli kitabxanasıdır. 2008-ci ildə The Guardian tərəfindən dünyanın ikinci ən yaxşı kitabxanası seçilən El Ateneo Grand Splendid bəzəkli freskaları, əfsanəvi rəsm tavanı və tutacaqlardakı detalları ilə vizual ziyafət təqdim edir.Ştutqart şəhər kitabxanası

2011-ci ildə açılan Ştutqart şəhər kitabxanası alman sadəliyini əks etdirən memarlığı və tək rəngin hakim olduğu çoxmərtəbəli quruluşu ilə diqqət çəkir. 9 mərtəbəli binanın ilk 4 mərtəbəsi klassik bina formasında olduğu halda, yuxarı 5 mərtəbəsi şüşə üzlüklü piramida formasındadır. Kitab kubu kimi dizayn edilən bina yüksək texnoloji infrastruktura malikdir. Nyu-York Xalq kitabxanası

1895-ci ildə əsası qoyulmuş və ABŞ-da ikinci ən böyük kitabxana olan Nyu-York Xalq kitabxanasında, əsasən, kitablar olmaqla 50 milyondan çox əşya var. Tarixi ab-havası ilə diqqət çəkən kitabxana həm də orijinal əlyazmalar kolleksiyası, 1200 fərqli dil və ləhcəyə malik dünya dilləri kolleksiyası, elm və tarix kolleksiyası kimi müxtəlif zənginliklərə malikdir.Britaniya kitabxanası

Londonda yerləşən və dünyanın ən böyük kitabxanalarından biri olan Britaniya kitabxanası uzun tarixə malikdir. Düz 400 il əvvəl qurulan Britaniya kitabxanasında 170 milyon kitab var. İldə 1,5 milyon ziyarətçiyə qapılarını açan kitabxana hər il rəflərinə 3 milyon yeni kitab əlavə edir.Rusiya Dövlət kitabxanası

Moskvadakı Rusiya Dövlət kitabxanasında təxminən 18 milyon kitab və 43 milyondan çox qeyd var. Burada sadəcə kitablar deyil, jurnallar, surət əsərləri və səs yazıları da qorunub saxlanılır. 247 müxtəlif dildə olan əsərlər kitabxananın tutumunun 29 faizini təşkil edir. Rusiya Dövlət kitabxanası qapılarını ildə 1 milyondan çox ziyarətçi üçün açır.

Mənbə: Ana dolu hayat 

Tərcümə etdi: Nuran Əhmədzadə 





Paylaş
Şərh əlavə et