Bu gün:

Afrikanın unudulmuş müstəqillik qəhramanı



  
 
Andrée Blouin fransız bir ata və Mərkəzi Afrika Respublikasından olan bir ananın qızı olaraq dünyaya gəlib. 1950-60-cı illərdə mərhum Andrée Blouin müstəqil Afrika uğrunda mübarizəyə canını qoyub, Konqo Demokratik Respublikasının qadınlarını müstəmləkəçiliyə qarşı səfərbər edib və ölkənin ilk baş naziri, müstəqillik qəhrəmanı sayılan Patrice Lumumbanın əsas müşaviri olub.


O, Qana lideri Kvame Nkrumah, Qvineyanın Seko Turé və Əlcəzairin Əhməd Ben Bella kimi tanınmış inqilabçılarla fikir mübadiləsi aparsa da, onun hekayəsi az tanınır.  
“Bilirəm ki, insan iki dəfə ölə bilər. Əvvəlcə, fiziki ölüm gəlir... unudulmaq isə ikinci ölümdür”, - deyə ssenarist Eve Blouin anasının avtobioqrafiyasının epiloqunda qeyd edir.
Eve bu hissi əksər insanlardan daha yaxşı anlayır. Bu ədalətsizliyi bir qədər aradan qaldırmaq məqsədilə Blouinin həyatı keçən il “Soundtrack to a Coup d’Etat” adlı Oskar namizədi olmuş sənədli filmdə yer alıb.
Üstəlik, Blouinin illərdir çap olunmayan “Mənim Vətənim, Afrika: Qara Pasionarinin Avtobioqrafiyası” adlı memuarı yenidən nəşr olunub.

Blouin kitabında dekolonizasiya arzularının şəxsi faciə ilə necə alovlandığını izah edib.
O, Mərkəzi Afrika Respublikası (CAR) ilə Konqo-Brazavil arasında keçmiş fransız müstəmləkələri olan Ubangi-Şari və Fransız Konqosunda böyüyüb.

1940-cı illərdə iki yaşlı oğlu René CAR-da malyariya xəstəliyinə görə müalicə alarkən ona dərman verilmədi, çünki onun bir hissəsi afrikalı idi. Bir neçə həftə sonra René dünyasını dəyişib.

“Oğlumun ölümü məni heç bir şeyin edə bilməyəcəyi qədər siyasətə cəlb etdi”, Blouin memuarında yazıb.
O əlavə edib ki, müstəmləkəçilik “artıq mənim şəxsi taleyimdən ibarət məsələ deyildi, əksinə, Afrika həyatının hər mərhələsinə təsir edən pislik sistemidir.”

1921-ci ildə dünyaya gələn Blouin 40 yaşlı fransız ata və CAR-dan olan 14 yaşlı qara dərili ananın övladı idi.

2/2
Üç yaşında ikən atası onu qonşu Konqo-Brazavildə fransız rahibələrin idarə etdiyi qarışıq irq qızlar üçün monastıra yerləşdirib.
Bu cür təcrübə Fransa və Belçikanın müstəmləkələrində adi hal idi – minlərlə qarışıq irq uşaqların kimsəsizlər evlərinə göndərildiyi güman edilir.
Blouin yazıb: “Kimsəsizlər evi bu qarışıq cəmiyyətin atılmış məhsulları üçün bir növ zibillik kimi xidmət edirdi”.

Blouin monastırda 12 il yaşayıb və burada ac qalmaq, şifahi təhqirlər və cəzalar görüb. O, 15 yaşında rahibələrin onu məcburi evliliyə sövq etməyə çalışmasından sonra monastırdan qaçıb.

Sonradan iki dəfə öz seçimi ilə evlənib. Oğlu René-nin ölümündən sonra ikinci əri ilə Qvineyaya köçüb və burada Fransa müstəqillik və əlaqələrin davam etdirilməsi məsələsi ilə bağlı referendum keçirməyi təklif edib.

1958-ci ildə Qvineya tam müstəqillik əldə etmək üçün “Xeyr” səs vermək məqsədilə kampaniyaya başlayıb. Blouin kampaniyaya qatılaraq ölkəboyu mitinqlərdə çıxış edib.
Bir il sonra Qvineya müstəqillik qazandı və Seko Turé ölkənin ilk prezidenti olub.
Blouinin Afrika uğrunda mübarizə ilə bağlı çoxsaylı uğurları onun tarixdə yerini daha da möhkəmləndiriv.
1970-ci illərdə o, “Mənim Vətənim, Afrika” kitabını yazmağa başlayaraq Afrika müstəqillik hərəkatlarına dərin hörmətini ifadə edib.


Blouin 1986-cı il 9 aprel tarixində Parisdə 65 yaşında xərçəngdən dünyasını dəyişib. Qızı Eve anasının ölümünün dünyada “sönük laqeydliklə” qarşılandığını qeyd edir.
Blouinin mübarizəsi, “Mənim Vətənim, Afrika” kitabının yenidən nəşr olunması ilə bu gün daha geniş oxucu kütləsinə çatır.


Mənbə: BBC News  
Tərcümə etdi: Nigar Muştaqova  
Paylaş
Şərh əlavə et