Bu gün:

Az adamın bildiyi 10 elmi fakt


1.  Təyyarələr niyə kosmosda uça bilmir?

Əslində, indi gündəlik həyatımızın bir parçası olan təyyarələr planetimizi tərk edib kosmosa gedə bilmirlər! Çünki bir obyektin planetimizi tərk etməsi üçün ən azı saatda 40.000 kilometr çatmalıdır.

2.     

Əgər biz Yer kürəsini varlığından bəri 24 saata sığdırmağa çalışsaq, insanlar bu zamanın yalnız 1 dəqiqə 17 saniyəsini doldura bilirlər.

3.     

İnanmaq çətindir, lakin Helikoprion adlı bu köpəkbalığının 270 milyon il əvvəl yaşadığı güman edilir. Bu heyvanların maraqlı tərəfi onların mişar şəklində dairəvi çənə quruluşu idi.

4.     

Çində ingilis dilində danışanlar Amerikadan daha çoxdur.

 5.    

Məcbur olmadıqca heç vaxt qar yeməyin. Bədəniniz qarı əritmək üçün çox enerji sərf edir. Yalnız susuz qaldığınız zaman son çarə olaraq qar yeyin, çünki qardan su almaq üçün vücudunuz çoxlu istilik yaymalı olacaq.

6.     

Sağ qalma mütəxəssisləri həmişə "üç qaydasını" xatırlayırlar. İnsanlar, ümumiyyətlə, oksigenlə nəfəs almadan 3 dəqiqə, ekstremal hava şəraitində sığınacaqsız 3 saat, su olmadan 3 gün və yeməksiz 3 həftə yaşaya bilir.

7.     

2011-ci ildə Yaponiyada baş verən 8,9 bal gücündə zəlzələ o qədər təsirli olmuşdu ki, Yer kürəsində günlər 1,8 mikrosaniyə qısalmışdı.

8.     

Qarışqalar su altında 2 həftə yaşaya bilirlər.

9.     

Cazibə qüvvəsinin olmadığı bir mühitdə insan ağlaya bilməz. Çünki gözyaşı yerə doğru hərəkət edə bilməz və gözdən çıxa bilməz.

10.     

İnsanın omba sümükləri betondan qat-qat güclüdür.

Mənbə: memurlar.net

Tərcümə etdi: Hüseyn İlyasov




Paylaş
Şərh əlavə et