Bu gün:

Karyeranızı qurarkən istifadə edəcəyiniz 5 tövsiyə


20 yaşındasınız: karyeranızda addım-addım irəliləməyə hazırsınız, eyni zamanda, bir çox maneələrlə mübarizə aparmağa başlamısınız, elə deyilmi? Gənc, azad, istedadlısan və istədiyin hər şeyi edə bilərsən, amma indi verdiyin qərar sənin peşə həyatının qalan hissəsini təyin edə bilər. Zamanla geriyə səyahət edə bilməzsən, ancaq ağıllı karyera addımları ilə gələcəyini formalaşdıra bilərsən. Həqiqətən hədəflərinizə çatmağa çalışırsınız hansı fürsətlərin yarana biləcəyini heç bilmirsiniz. O zaman aşağıdakı tövsiyələrə baxaq:

1) Adınızın qarşısına müxtəlif peşə adları qoyun və hər gün ucadan təkrarlayınBu, eqoist hal deyil, əslində bir sınaqdır. Bu hansı peşə ilə maraqlandığınız, hansı sahədə ixtisaslaşmaq istədiyiniz kimi suallara cavab tapmaq üçün yaxşı bir yoldur. Bunu hər gün etmək sizi öz peşənizə daha da bağlayacaq. 


2Güclü bir karyera qurmaq üçün yaxşı təhsil qiymətləri kifayət deyil

Məktəb masaları yalnız lisenziya kursları üçün bir yer deyil. Fərqli şəkillər çəkin, insanlarla ünsiyyət qurun, könüllü bir layihədə iştirak edin, səyahət edin, teatra gedin və dünya haqqında mümkün qədər çox şey kəşf edin.

3Dəyişən mühitləri idarə etməyi öyrənin.Dəyişiklik davamlı olaraq qarşılaşacağınız bir proses olduqda dəyişikliyə müqavimət göstərməyin. Əksinə, düzgün qiymətləndirildikdə hər dəyişiklik böyük bir fürsətdir. Daha yaxşı yaşamaq üçün özünüzü, xaricdəki insanlara münasibətinizi, dünyaya baxışınızı dəyişdirməlisiniz. Bu prosesi yaxşı idarə etməyə başladığınız zaman:\ bunun zehni, fiziki və emosional olaraq inkişaf etməyinizə yardımçı olduğunu görəcəksiniz.

4Dünyaya kim olduğunuzu söyləmək istəyirsinizsə, yalnız tərcümeyi-halınız kifayət etməyəcək1482-ci ildə öz tərcümeyi-halını yaradan ilk şəxs Leonardo Da Vinci idi. 2023-ci ildə hər şey fərqlidir, bacarıqlarınız sizi fərqli edəcək və artan rəqabətdə sizi bir addım daha irəli aparacaq. Heç kim sən deyil və bu sənin ən böyük gücündür.

5) Şirkəti insanı tanıdığınız kimi düşünün
Yeni bir şirkətdə işə başlayacaqsınız. Bu şirkətə daxil olduqdan sonra həmin şirkətlə tanış olmağa və onun motivlərini başa düşməyə çalışın, sanki bir insanla tanış olmağa çalışırsınız. Bu əziyyətli tanışlıqdan sonra sizin üçün daha rahat olacaqdır.

Mənbə: ceotudent

Tərcümə etdi :Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et