Bu gün:

17.000 illik mamontun davranışı necə öyrənilib?


Davranışın öyrənilməsi bizə orqanizmlərin ətraf mühitə necə reaksiya verməsi və bu reaksiyaların təkamül mənşəyi haqqında ətraflı məlumat verir. İnsanlara gəldikdə psixologiya və sosiologiya kimi elmlər davranışın əsas komponentlərini və bu davranışların fərdlərə, cəmiyyətlərə təsirini anlamağa kömək edir. Etologiya isə heyvanlar aləminin davranış dinamikasını və bu davranışların ekoloji və təkamül kontekstlərini öyrənir. Bu fənlər bizə heyvanların və insanların aləmlərini daha yaxşı başa düşmək, bir-birimizlə və təbii dünya ilə münasibətlərimizi daha yaxşı idarə etmək üçün mühüm vasitələr təqdim edir.

Nəsli kəsilmiş heyvanlara gəldikdə, onların davranışları haqqında məlumatımız məhduddur, çünki bu heyvanları təbii yaşayış yerlərində birbaşa müşahidə etmək imkanımız yoxdur. Ancaq müşahidə şansı olmasa belə, kifayət qədər əhatəli proqnozlar var. Qalıqları tapılan və "Kik" adlanan yunlu mamont, hekayəsi məlum olan Buz Dövrünün nadir məməlilərindən biridir. Kik təxminən 17100 il əvvəl Alyaskanın daxili hissəsində, şimalda Brooks silsiləsi və cənubda Alyaska silsiləsi arasında mövcud olub. O zaman bu bölgə Berinq quru körpüsü ilə Sibirə və Qərbi Avropaya uzanan soyuq, quru otlaq idi. Bu geniş bölgə buranın ən simvolik heyvanlarının adı ilə "mamont çölləri" adlanır.

Mamont çölləri Qərbi Avropanın İberiya Yarımadasından başlayaraq Avrasiya üzərindən Şimali Amerikaya, indiki Alyaska və Kanada bölgələrinə qədər uzanan geniş bir ərazi idi. Bu ərazi Arktika adalarından tutmuş Çinə qədər Şimal yarımkürəsinin böyük hissəsini əhatə edirdi. Bu təsiredici genişlik qlobal ekosistemdə həyati bir rol oynayaraq, yalnızca geniş olmaqla qalmır, həm də olduqca əhəmiyyət daşıyırdı.

Mamont çöllərinin iqlimi indiki Arktika ilə müqayisədə həddindən artıq soyuq və quru idi. Lakin bu çətin şərtlərə baxmayaraq geniş və düz bir ərazini əhatə edən və daha çox otlaqlardan ibarət zəngin bir mənzərəni yansıdırdı. Ərazi zaman-zaman çaylar tərəfindən yarılan vadilər, yarıqlar və kiçik boğazlar kimi müxtəlif coğrafi hisslərə bölünüb.

Bu tarixdən əvvəlki dövr şimal maralı, müşk öküzü, sayqa antilopu, çöl bizonu, atlar, yunlu kərgədan və məşhur yunlu mamont kimi nəhəng otyeyən heyvanların üstünlük təşkil etdiyi zəngin bir həyatın şahidi olub. Bu nəhəng otyeyən heyvanlar ətraf mühitlərini formalaşdırıblar və qəhvəyi ayılar, mağara və ya çöl şirləri, qılınc dişli pişiklər, gəlinciklər və canavar kimi müxtəlif ətyeyən heyvanların ovuna çevriliblər. Bu meqafauna icması "məhsuldarlıq paradoksu" kimi tanınan fenomeni təsvir edərək, bugünkü Arktikadan daha sərt iqlimdə həyatla dolu ekosistemin saxlanmasında mərkəzi rol oynayıb.

Mənbə: Evrim ağacı

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et