
Osmanlı İmperiyası dövründə keçəl olmaq, həm dövlət daxilində, həm də ictimai həyatda böyük qüsur kimi görünürdü.
Hətta işə götürüləcək şəxsin atasının nəinki bəzi qüsurları, hətta keçəl olmaması da yoxlanılmalı idi. Buna görə də Enderunda keçəlliyin genetik bir irs olaraq davam etməsinin qarşısı böyük ölçüdə alınıb.
Halbuki, keçəl olan insanlar bu, istisna olduğu üçün artıq ömürləri boyu ləqəb kimi daşıyıblar. Məsələn: Kel Hoca İbrahim Paşa. 60 yaşında 21 gün baş vəzir vəzifəsində çalışmış və edam edilmişdir.
Keçmişdən bu günə qədər, İstanbul Ensiklopediyasının 3-cü cildində qeyd olunduğu kimi, düz ayaq, son dərəcə qısa boy və keçəllik xalq arasında uğursuzluq əlaməti olaraq görülüb. Bu səbəbdən də bir adam keçəl idisə, ona bu titulu vermək meyli Osmanlıda çox yayılmışdı.
Osmanlı təbibləri gənc yaşlarında axtalanan və hərəmxanaya təyin olunan ağaların saçlarının tökülmədiyini görüb, sonsuzluğun saç tökülməsinin qarşısını aldığını iddia ediblər.
Eramızın 1-ci əsrində yaşamış Romalı həkim Dioskorides Pedainusun tövsiyə etdiyi dərmanlar, Osmanlı həkimləri tərəfindən də saç tökülməsinə qarşı istifadə edilmişdir. Pedainus Osmanlı həkimləri tərəfindən davamlı olaraq adı çəkilən və Skoridos olaraq anılan şəxsdir.
Fatih Sultan Mehmetin müəllimi Akşemsəddin də “Mai Kibrit-i Şərif” əsərində bəhs etdiyi qarışıqla keçəlliyin həll oluna biləcəyini iddia edib.
II Mahmudun dövründə İstanbula gələn avropalı həkimlər də buradakı kişilərin Avropadakılardan daha az saç tökülməsi problemi yaşadığını müşahidə edib və bunun əsas səbəbini türk hamamları ilə əlaqələndiriblər. Yəni hamamın keçəlliyin qarşısını aldığını deyiblər.
Mənbə: Buzfeed
Tərcümə etdi: Mina Yadigarlı
