Bu gün:

"Mançester Siti"də kabus davam edir...


İngiltərə Premyer Liqasının 11-ci həftəsində “Mançester Siti” səfərdə “Brayton”a 2:1 hesabı ilə məğlub olub. Bu nəticə ilə Pep Qvardiola məşqçilik karyerasında ilk dəfə ardıcıl 4 məğlubiyyət alıb.

"American Express" stadionunda keçirilən matçda Braytonun qollarını 78-ci dəqiqədə Joao Pedro, 83-cü dəqiqədə isə Mett O'Riley vurub. Mançester təmsilçisinin yeganə qolunu 23-cü dəqiqədə Erlinq Haaland vurub.

Bu nəticə ilə "Mançester Siti" 2006-cı ilin avqustundan bəri ilk dəfə bütün yarışlarda ardıcıl 4-cü məğlubiyyətlə meydanı tərk edib. İngiltərə təmsilçisi liqada “Bornmut” (2:1) və “Brayton” (2:1), İngiltərə Liqa Kubokunda “Tottenhem” (2:1), UEFA Çempionlar Liqasında isə “Sportinq Lissabon” (4:1) komandalarına məğlub olub. Pep Guardiola bunu ilk dəfədir yaşayıb.

“Göy-ağlar”ın ispaniyalı çalışdırıcısı Pep Qvardiola da məşqçilik karyerasında ilk dəfə ardıcıl 4 məğlubiyyət alıb.

“Brayton” millisinin futbolçusu Ferdi Kadıoğlu zədəsi səbəbindən matçda iştirak edə bilməyib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et