
Palmologiya gələcəyin proqnozlaşdırılması, ovuc xətlərinin və ovucun forması əsasında insanın şəxsiyyətinin təhlilidir. Barmaqların xətləri və formaları insan xarakterini, taleyini və həyat hadisələrini əks etdirə biləcəyinə inanılır.
Palmologiya 3 min ildən çox əvvəl yaranıb. Onun kökləri Qədim Hindistana gedib çıxır. Sonralar falçılıq sənəti Çin, Misir və Yunanıstanda yayılıb. Orta əsrlər və İntibah dövründə isə Avropada inkişaf etməkdə davam edib.
Palmologiya keçmişdəki kimi geniş olmasa da, bu gün də istifadə olunur. Effektivliyinə dair elmi sübutların olmamasına baxmayaraq, özünü dərk etmək və ya şəxsi suallara cavab almaq yollarını axtaranlar arasında populyar olaraq qalır.
Mənbə: trends rbc ru
Tərcümə etdi: Fatimə Kərimli
