UEFA Avropa Liqasının liqa mərhələsinin II turu çərçivəsində oktyabrın 15-də 18 qarşılaşma keçiriləcək. Günün diqqətçəkən oyunlarından biri Almaniyada “Hoffenhaym” və Türkiyənin “Beşiktaş” komandaları arasında baş tutacaq.

24media.az sporx.com-a istinadən bildirir ki,Türkiyə təmsilçisi səfərdə Türkiyə millisinin futbolçusu Ozan Kabakın da çıxış etdiyi “Hoffenhaym”la qarşılaşacaq. Almaniyadakı Reyn-Nekkar arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Turun digər maraqlı qarşılaşmalarından biri Fransada “Olimpik Lion” və İngiltərənin “Kristal Pelas” komandaları arasında olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
UEFA Avropa Liqasının II turunda ümumilikdə 18 oyun keçiriləcək. Komandalar turnir cədvəlində mövqelərini yaxşılaşdırmaq və növbəti mərhələyə vəsiqə uğrunda mübarizədə üstünlük qazanmaq üçün meydana çıxacaqlar.
Ömər Cəfərov
