
Dünyada ən çox istifadə edilən adın Məhəmməd olduğu təsdiqlənib. Columbia Ensiklopediyasının 2000-ci il nəşrinə əsasən, Məhəmməd adı və onun müxtəlif variantları (Muhammad, Mohammad, Muhammed və s.) dünya üzrə ən geniş yayılmış ad sayılır. Təxminən 150 milyondan çox kişi və oğlan uşağı bu adı daşıyır, bu da onu planetin ən populyar adı edir.
Məhəmməd adının geniş yayılmasının əsas səbəbi İslam peyğəmbəri Məhəmmədin təsiridir. İslam dünyasında uşaqlara bu adın verilməsi peyğəmbərə olan sevgi və hörməti simvolizə etməklə yanaşı, dini bağlılığı da ifadə edir. Ad əsasən müsəlman ölkələrində populyardır və bir çox ailə bu adı övladlarına verərək dəyərlərini yaşatmağı hədəfləyir.
Bu fenomen İslamın geniş yayıldığı regionlarda və müxtəlif mədəniyyətlərdə Məhəmməd adının müxtəlif formaları ilə təsdiqlənir. Hazırda Asiya, Yaxın Şərq və Afrikada, eləcə də müsəlman əhalinin sıx yaşadığı bölgələrdə Məhəmməd adı geniş şəkildə istifadə olunur. Məhəmməd adı, dünyanın fərqli yerlərində müxtəlif dillərdə tələffüz olunsa da, hər mədəniyyətdə öz xüsusi mənasını qorumaqdadır.
Mənbə: Savit.in
Tərcümə etdi: Aysel Şıxməmmədova
