Bu gün:

"Balaca Şahzadə"nin nadir nüsxəsi satışa çıxarılıb


Fransız yazıçısı Antuan de Sent-Ekzüperinin dünya ədəbiyyatında xüsusi yeri olan əsəri “Balaca Şahzadə”nin nadir nüsxəsi astronomik qiymətə satışa çıxarılıb. İlk dəfə 1943-cü ildə işıq üzü görən və bu günə qədər milyonlarla oxucuya çatan bu əsərin üç məlum nüsxəsindən biri, Əbu-Dabi İncəsənət Festivalında 1,25 milyon dollar qiymətlə satılacaq. Əsər, Ekzüperinin alman işğalı altında olan Fransadan Nyu-Yorka sürgün edildiyi vaxt yazdığı əlyazma qeydlərini və eskizlərini də ehtiva edir. Məşhur ifadənin ilk dəfə görünməsi ilə tanınan bu nüsxədə "Yalnız ürəklə həqiqəti görə bilərik. Əsas olan gözlə görünməzdir" ifadəsi yer alır.

Nüsxənin satıcısı Peter Harrington “Rare Books” şirkətinin eksperti Sammy Jay, bu əsərə sahib olmağın çox nadir bir şans olduğunu bildirib. Dünyada yalnız üç surət olan əsərin digər nüsxələri Nyu-Yorkdakı orijinal dəstdə, Fransanın milli kitabxanasında və Texasdakı Harri Ransom Mərkəzində saxlanılır. Satışa çıxarılan bu üçüncü nüsxə isə Fransadakı özəl kolleksiyadan gətirilərək ictimaiyyətə təqdim edilən yeganə nüsxədir.


Mənbə: Onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et