Bu gün:

Qəzzada itki sayı 43508-ə yüksəldi


Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzzaya artıq 399 gündür baş tutan hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 qırğında 39 nəfərin həyatını itirdiyi, 123 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayı 43508-ə, yaralıların sayı isə 102684-ə yüksəlib.

 Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb

Mənbə: TRT Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et