
Adrenalin həvəskarı və kinoya olan dərin sevgisi ilə tanınan Hollivudun məşhur siması Tom Cruise-un yeni layihəsi açıqlandı. Tony Scott-un rejissorluğu ilə çəkilmiş 1990-cı il istehsalı Yıldırım Günləri (Days of Thunder) filminin davamı hazırlanır. Tom Cruise-un bu davam filmində də Cole Trickle roluna geri dönəcəyi iddia edilir. Top Gun: Maverick filminin böyük uğurundan sonra Cruise ilə danışıqlar aparıldığı bildirilir.
Məlumatlara görə, Top Gun: Maverick filminin prodüseri Jerry Bruckheimer də bu layihəyə geri qayıda bilər.
Yeni film, NASCAR yarış dünyasında yeni bir komandaya qoşulan yarışçı Cole Trickle-ın macəralarını izah edəcək. Tom Cruise, Yıldırım Günləri filmində, Cole-a aşiq olan beyin cərrahını canlandıran Nicole Kidman ilə tanış olmuşdu və bu rol onun Hollivudda ilk böyük çıxışlarından biri idi.
Cruise-un gələcək layihələri arasında Görevimiz Tehlike 8 və rejissor Alejandro G. Iñárritu-nun yeni filmi də var. Birdman, Cahilliğin Umulmayan Erdemi, Babil, Biutiful, və 21 Gram kimi əsərlərlə tanınan rejissor, Diriliş (The Revenant, 2016) filmi ilə baş rolda olan Leonardo DiCaprio-ya ilk Oscar mükafatını qazandırmışdı.
Mənbə: NTV
Tərcümə edən: Fatima Farzali
