
Nanoçiçəklər böyük həcmləri və hamar səthləri sayəsində optoelektronika, kataliz və analitik kimyada maraqlı tətbiqlər tapan çiçək formalı nanokristallardır. Həqiqi çiçəklərlə əlaqəsi olmayan bu nanohissəciklər 1,0-100 nm ölçü diapazonuna düşən və daha böyük material analoqlarından əhəmiyyətli dərəcədə fərqli fiziki və kimyəvi xüsusiyyətlər nümayiş etdirən materiallardır.
Son bir neçə onillikdə nanotexnologiya insan həyatının demək olar ki, bütün sahələrində inkişaf etdi. Nanomaterialların müxtəlif formaları dərmanların çatdırılması, bioimaging, kataliz, kənd təsərrüfatı, çirklənmənin aradan qaldırılması, enerji istehsalı və saxlanması və s. bu sahələrdə misli görünməmiş təcrübələrə cəlb edilmişdir.
Nanoçiçəklər fərqli tətbiqlər üçün elm adamlarının diqqətini cəlb edən nisbətən yeni nanomateriallardır. Nanoçiçəklərin səthi morfologiyası mikroskopik müayinədən sonra bir neçə çiçək formalı ləçəklərin birləşməsi kimi görünür. Nanoçiçəklərin müxtəlif təbəqələri sadə sintez üsulları ilə yanaşı, onların adsorbsiya qabiliyyətini, elektrokatalitik aktivliyini, yükləmə qabiliyyətini və dayanıqlığını artırır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
