
Kanada hökuməti milli təhlükəsizlik narahatlıqları səbəbindən TikTok-un fəaliyyətinin dayandırılmasını tələb edib. İnnovasiya, Elm və İqtisadi İnkişaf naziri François-Philippe Champagne, TikTok-un Kanadadakı ofislərinin bağlanmasının milli təhlükəsizlik araşdırması zamanı əldə edilən məlumatlara əsaslandığını bildirib.
Kanada Təhlükəsizlik Xidməti (CSIS) də vətəndaşları TikTok-dan uzaq durmağa çağırıb. Tənqidçilər, tətbiqin Çin hökumətinə məlumat ötürə biləcəyindən narahatdır. TikTok isə bu qadağaya qarşı hüquqi mübarizə aparacağını və məlumat təhlükəsizliyi baxımından Kanada qanunlarına uyğun fəaliyyət göstərdiyini müdafiə edib.
Mənbə: Haber7.com
Tərcümə edən: Xavər Məmmədli
