Xurafat və fövqəltəbii dairələr uzun müddətdir ki, Bermud üçbucağının ətrafında fırlanır. Bəzi insanlar, hətta yadplanetlilərin gəmiləri və təyyarələri qaçıra biləcəyini düşünürlər. Lakin bir alim bununla razılaşmır və Bermud üçbucağının tapmacasının əslində maraqlı olmadığını iddia edir.
Avstraliyanın Sidney Universitetinin aliminin fikrincə, Bermud üçbucağının məntiqi izahı ola bilər. Karl Kruszelnicki, xüsusən də illər ərzində yoxa çıxanlar üçün qaynar nöqtə olmasına baxmayaraq, ərazidən nə qədər nəqliyyat keçdiyinə nəzər saldıqda əslində, üçbucağın dünyanın digər bölgələri ilə müqayisədə itkin təyyarə və qayıqların sayına görə oxşar nisbətə sahib olduğunu iddia edir.
Karl, Bermud üçbucağının əslində o qədər də sirli olmadığını düşünür. Nəhəng dəniz canlılarından, mistik qüvvələrdən və ya yadplanetlilərdən fərqli olaraq, o, yoxa çıxmaların çoxunun pis hava şəraiti və ya itirilmiş ekspedisiyaların ekipajlarının verdiyi pis qərarlar səbəbindən baş verdiyini düşünür.
2022-ci ildə “Mirror” tərəfindən paylaşılan bir yazıya görə, Kruszelnicki, insan səhvlərinin sübutu kimi, Bermud Üçbucağında məşhur bir itkin düşmə hadisəsindən bəhs edib. 1945-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus beş bombardmançı təyyarə bu üçbucaq üzərində itib.
İtmiş təyyarələr üçün aparılan geniş axtarışlara baxmayaraq, qalıqların izi tapıla bilməyib və bu, Bermud üçbucağının sirrini daha da artırıb. Kruszelnicki iddia edib ki, ekipajın 14 üzvündən yalnız birinin pilotluq təcrübəsi olub. O, həmçinin əlavə edib ki, pilot səhv seçim etməklə tanınıb və uçuş günü təyyarəyə sərxoş gəlib.
Bundan əlavə, Kruszelnicki-yə görə, 19 saylı uçuşun yoxa çıxdığı gün havanın pis olduğu, dalğaların 15 fut-a qədər çatdığı düşünülürdü. Radio yazılarına görə, baş pilotla digər pilot təyyarənin marşrutu ilə bağlı mübahisə ediblər.
Təyyarənin baş pilotu onun Florida Keys üzərində uçduğunu və kompasının nasaz olduğunu düşünüb. O, təyyarənin kiçik pilotuna meydan oxuyub, təyyarəni qərbə deyil, şərqə yönəldib və beləliklə, onun uçuş məsafəsini Atlantikə doğru genişləndirib.
Uçuş 19-un yoxa çıxmasını bu insan səhvi ilə əlaqələndirmək olarmı? Yoxsa Bermud üçbucağının sirli mistik əlaqələri günahkar olmalıdır?
Ola bilsin ki, 19 saylı reys pis hava şəraiti və yanacaq çatışmazlığı səbəbindən problemlərlə üzləşib və suya çırpılıb. Bundan əlavə, lazımi yerə baxsanız belə, o ərazidə suyun nə qədər dərin olduğuna görə okeanın dibinə doğru gedən hər hansı bir zibil görmək çətin olardı.
Bu qədər yoxa çıxma və onlara bağlı stiqma ilə, bu nəzəriyyənin Bermud üçbucağının sirrini həll etməyə çalışanlar üçün faydalı olacağı mümkündür. Bundan əlavə, böyüklüyünə görə, okeanın bütün bu bölgəsini tam olaraq araşdırmaq mümkün deil. Bu da o deməkdir ki, biz heç vaxt qəti həllə nail ola bilməyəcəyik.
Mənbə: BGR
Tərcümə etdi: Aysu Əsgərzadə