Bu gün:

Neymar ikinci oyunda zədə narahatlığını aradan qaldırıb


"Əl-Hilal"ın futbolçusu Neymar, AFC Çempionlar Liqasının Elit mərhələsində "İstiqlal"la oyunda aldığı zədədən sonra münasibət bildirib.

Son iki mövsümdə Paris St-Germain ilə bir neçə ay meydanlardan kənarda qalan Neymar, "Əl-Hilal" üçün ikinci çıxışında yeni bir zədə aldıqdan sonra narahatlıqlarını azaldıb.

32 yaşlı braziliyalı hücumçu, bazar ertəsi Asiya Çempionlar Liqasında Səudiyyə Ərəbistanı klubunun İran təmsilçisi "İstiqlal"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunda 86-cı dəqiqədə əvəzlənib.

"Bu, sancı kimi hiss etdim, sadəcə çox güclü idi. Bir neçə test keçirəcəyəm və ümid edirəm ki, bu, çox ciddi bir şey deyil. Bir ildən sonra bunun baş verməsi normaldır. Həkimlər artıq mənə xəbərdarlıq etmişdilər, ona görə də diqqətli olmalı və daha çox dəqiqə oynamalıyam",- deyə Neymar bildirib.

Neymar, 2023-cü ilin oktyabrında Braziliya ilə Dünya Çempionatının seçmə mərhələsində Uruqvaya qarşı oyunda ön çarpaz bağını qopardıqdan sonra uzun müddət meydanlardan uzaq qalmışdı. O, 2023-cü ilin avqustunda "Paris Sen-Jermen"dən "Əl-Hilal"a transfer olunduqdan sonra cəmi 7 oyun keçirib.

Mənbə: BBC News

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et