Bu gün:

"Qalatasaray" - "Tottenham" matçını Visser idarə edəcək


Noyabrın 7-də UEFA Avropa Liqasının 4-cü həftəsində "Qalatasaray"ın İngiltərənin "Tottenham" komandası ilə qarşılaşacağı matçda belçikalı referi Lourens Visser fit çalacaq.

UEFA-dan verilən açıqlamaya görə, Rams Parkda saat 20:45-də başlayacaq qarşılaşmada Visserin köməkçiləri Rien Vanyzere və Thibaud Nijssen olacaq.

Simon Bourdeaudhuinin dördüncü hakim olacağı matçda Bram Van Driessche "VAR", Jan Boterberg isə "AVAR" olacaq.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et