Bu gün:

Sosial media fenomeni olan sincab ölüm təhlükəsi ilə üz-üzə


Mark Longo adlı ABŞvətəndaşı tərəfindən yeddi il öncə himayəyə götürülən Peanut adlı sincab polislər tərəfindən ələ keçirilib. Longo sincabın geri qaytarılmasını tələb edir.  

 

Peanut qısa müddət ərzində sosial mediada məşhur olub və Longo-nun paylaşımları ilə bir çox izləyici toplayıb. Lakin, yaxınlarda aparılan bir reyd zamanı hakimiyyət orqanları sincabı müsadirə ediblər ki, bu da Peanutun şəhərdə vəhşi heyvanların ev heyvanı kimi saxlanılmasına qarşı tənzimləmələr səbəbindən evtanasiyaya məruz qala biləcəyi barədə qorxu yaradıb. Longo indi Peanutun azad edilməsi və təhlükəsiz şəkildə geri qaytarılması üçün kampaniya aparır və illərdir sincaba göstərdiyi qayğı və onlar arasındakı yaxın bağa diqqət çəkir.

 

Mənbə:sky news 

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et