Bu gün:

1800 illik Roma heykəlinin başı tapılıb


Carlisle Cricket Club-da davam edən qazıntılar zamanı arxeoloqlar daha bir Roma heykəlinin başını, həmçinin Silvanus tanrısını təsvir edən qiymətli daş tapıblar.  

İngiltərədə Hadrian divarı yaxınlığında işləyən arxeoloqlar Roma dövrünə aid oyma daş baş və kənd tanrısı Silvanusun təsvir olunduğu bəzəkli daş tapıblar. Bu kəşf, Roma Britaniyasının tarixi üzrə səlahiyyətli şəxs Frank Giecco-nun rəhbərlik etdiyi qazıntı qrupunun tapıntıları silsiləsinin ən sonuncusudur. Ümumilikdə, Giecco və komandası 2021-ci ildən bəri saytda 5000-dən çox tapıntı əldə etdilər və o, onların bir çoxunun "sözün əsl mənasında yerdən çıxdığını" söylədi.

Giecco komandası bir neçə ildir ki, indiki Karlayl Kriket Klubunun ərazisində yerləşən Hadrian Divarı yaxınlığındakı mühüm Roma qalasının yerini qazmaq üçün çalışır. Bu günə qədər onlar heyrətamiz sayda kəşflər ediblər. Bununla belə, bu ilin ən diqqətəlayiq kəşfləri oyulmuş baş və Silvanus daşıdır.

Mənbə: ati
Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et