
Lionel Messi hələ 2026-cı il Dünya Çempionatında (FİFA 2026) iştirak edib-etməyəcəyinə dair qərar verməyib və menecer kimi karyera düşünmədiyini bildirib.
Messi gələcəyi ilə bağlı verdiyi açıqlamalarda, aktiv futbolçu karyerasını bitirdikdən sonra qəti bir qərar vermədiyini, lakin məşqçi olmaq fikrinin olmadığını qeyd edib. Şimali Amerikada keçiriləcək Dünya Çempionatında Argentina millisinin tərkibində oynayıb-oynamayacağı ilə bağlı isə hələ bir qərar vermədiyini vurğulayıb.
"Barselona" və milli komanda ilə əldə etdiyi uğurlardan danışan 37 yaşlı futbolçu, "Ən böyük arzum dünya çempionatını qazanmaq idi. Bunun üçün uzun illər mübarizə apardım. Çox şanslıyam ki, "Barselona" və "Argentina" millisiylə hər şeyi qazanmışam. Bu, həmişə mənə böyük motivasiya verib",- deyə əlavə edib.
Mənbə: TRT Haber
Tərcümə: Səbuhi Əzənmədli
