"Fənərbaxça" klubunun 31 may 2024-cü il tarixinə olan borcu 12 milyard 571 milyon lirə təşkil edir.
Kalamışda yerləşən Fənərbaxça Faruk İlgaz Təsislərində keçirilən Ali Şura İdarə Heyətinin iclasında çıxış edən "Fənərbaxça" Klubu Təftiş Şurasının üzvü Mehmet Vodina, bu yoxlamanın 1 iyun 2023-cü ildən 31 may 2024-cü il tarixinə qədər olan dövrü əhatə etdiyini bildirib.
Vodina klubun qısamüddətli öhdəliklərinin 6 milyard 860 milyon lirə, uzunmüddətli öhdəliklərinin isə 5 milyard 711 milyon lirə olduğunu qeyd edib. Ümumi borcun 12 milyard 571 milyon lirə təşkil etdiyi açıqlanıb.
Vodina klubun gəlirlərinin 8 milyard 318 milyon lirə, xərclərinin isə 8 milyard 593 milyon lirə olduğunu əlavə edib.
Mənbə: BBC News
Tərcümə etdi: Səbuhi Əzənmədli