İsrail ordusunun Qəzza şəhərinin şimalında yaralıları daşıyan təcili yardım maşınına pilotsuz uçuş aparatı (PUA) ilə atəş açması nəticəsində təcili yardım maşını zədələnib. Hadisə şahidləri İsrail ordusunun Qəzzanın Şeyx Rıdvan rayonunun Əbu İskəndər bölgəsində yaralıları daşıyan təcili yardımı PUA ilə hədəfə aldığını bildirib.
Hadisə şahidlərinin bildirdiyinə görə, hücum nəticəsində təcili yardım briqadası xəsarət almasa da, avtomobilin ön hissəsi zədələnib.
İsrail ordusunun Qəzza şəhərinin şimalındakı Əbu İskəndər və Əs-Səftavi bölgələrini top mərmiləri ilə saatlarla bombalamağa davam etdiyini bildirən şahidlər, hücumlarda çoxlu fələstinlinin yaralandığını və yaralıların əksəriyyətinə təcili yardım maşınlarının çata bilmədiyini bildiriblər.
Şahidlərin bildirdiyinə görə, mülki şəxslər yaralılardan bəzilərini xilas edərək Qəzzada Baptist Xəstəxanasına çatdıra biliblər.
Mənbə: TRT haber
Tərcümə etdi: Fatimə Cabbarlı