
Bir dönəmin fenomen serialı olan “Game of Thrones” artıq filmə uyğulaşdırılır. Warner Bros. Pictures tərəfindən “Game of Thrones” dünyasında baş verəcək bir film layihəsinin hazırlandığı məlum olub. George R.R. Martin-in əsərlərinə əsaslanan və Westerosda keçən “House of the Dragon” kimi digər layihələr də serialın böyük uğurundan sonra inkişaf etdirilməyə başlanıb.
The Hollywood Reporter-ın verdiyi xəbərə görə, bu yeni film hələ inkişaf mərhələsindədir. Lakin layihənin rejissoru, ssenaristi və aktyor heyəti barədə hələlik məlumat verilməyib.
2011-2019-cu illərdə yayımlanan məşhur serialda Emilia Clarke, Sean Bean, Sophie Turner, Maisie Williams, Kit Harington, Peter Dinklage və Lena Headey kimi tanınmış aktyorlar iştirak edib. David Benioff və D.B. Weiss tərəfindən yaradılan bu serial ümumilikdə 59 Emmy mükafatı qazanıb.
Mənbə: NTV
Tərcümə etdi: Fatima Farzali
