
İspaniyanın şərqindəki Valensiya bölgəsində baş verən sel fəlakətində ölənlərin sayı 200-ü keçib. Hökumət itkin düşənlərin sayını "onlarla" olaraq bildirir, lakin dəqiq məlumat vermək hazırda mümkün deyil.
Rayon sakinləri hökumətin dəstəyini kifayət qədər göstərməməsi ilə bağlı tənqidlər səsləndirdikdən sonra fəlakət bölgəsinə əlavə 500 əsgər göndərilib. Əvvəlcə xilasetmə işlərində 1700 əsgər iştirak edib. Valensiyalı jurnalist Pako Polit, BBC-yə verdiyi açıqlamada yeni qoşunların axtarış və xilasetmə əməliyyatları üçün zəruri buldozer və digər avadanlıqlarla təmin edildiyini bildirib.
Mənbə: BBC
Tərcümə etdi: İbrahim Çobanlı
