
Real Madrid bu il Ballon d'Or mərasimində ilin ən yaxşı klubu seçilərək yenidən öz gücünü sübut edib. Klub, yalnız İspaniyada deyil, beynəlxalq arenada da qazandığı nailiyyətlərlə rəqiblərindən üstün olub və bu mükafata layiq görülüb.
Bu mükafata layiq görülməsində LaLiqa çempionluğuna, İspaniya Super Kubokuna, UEFA Çempionlar Liqası və UEFA Super Kubokuna sahib çıxması mühüm rol oynayıb. Klubun mükəmməl performansı və bütün bu turnirlərdə sərgilədiyi ardıcıl qələbələr, Real Madridin dünya futbolundakı lider mövqeyini bir daha təsdiqləyib.
Real Madrid üçün bu uğur təkcə klubun futbolçuları deyil, həmçinin məşqçi heyəti və azarkeşlər üçün də böyük əhəmiyyət daşıyır. Hər qələbə ilə azarkeşlərin qəlbini fəth edən klub, dünya miqyasında milyonlarla tərəfdarının dəstəyini arxasında hiss edir. Bu mükafat həm kluba, həm də onun böyük ailəsinə həsr edilmiş bir müvəffəqiyyət olaraq yadda qalacaq.
Məhəmməd Qasımov
