Ürdünün Petra şəhərində Xəznənin qarşısında 2.000 illik məzarda 12 skelet və saxsı, bürünc, dəmir əşyalar tapılıb. Arxeoloqlar bu tapıntıların Nəbatilər və onların mədəniyyəti barədə məlumat verəcəyinə ümid edir.
Məşhur “müqəddəs cam” filmindəki camla oxşar sürahi tapılsa da, bu sadəcə sadə bir qabdır. Nəbati saxsı qabları nazik və həndəsi naxışlarla bəzədilmiş olur, bu da şəhərin mədəni zənginliyini göstərir. Skeletlərin lahitlərdə dəfn edilməsi onların yüksək statuslu şəxslər olduğunu göstərir.
Petra UNESCO-nun Dünya İrs Siyahısına daxildir və hər il milyonlarla turistin diqqətini çəkir. Şəhər eramızın 106-cı ilində Romalılar tərəfindən işğal edildikdən sonra tənəzzülə uğrayıb və zəlzələlər nəticəsində tərk edilib. Çöl mühiti Nəbatilərə su idarəetmə sistemləri yaratmağa şərait yaratsa da, şəhər tərk edildikdən sonra itirilib və yalnız 1812-ci ildə yenidən kəşf edilib.
Petra’nın ən məşhur hissəsi olan Xəznə Şərq və hellenistik memarlığı birləşdirir. Əfsanəyə görə, üzərindəki vaza Musa'nın Qırmızı dənizi ikiyə ayırdığı zaman Misirin qızılı üçün sehrlə yaradılıb. Petra üzərində davam edən tədqiqatlar bu qədim şəhər barədə yeni məlumatlar ortaya çıxarmağı hədəfləyir.
Mənbə: Ancient Origins
Tərcümə etdi: Talehə Hüseynzadə
