
İspaniya La Liqasının 11-ci turu çərçivəsində keçirilən matçda "Barselona" səfərdə "Real Madrid"i 4-0 hesabı ilə məğlub edib.
İlk yarıda o qədər də yaxşı mübarizə apara bilməyən kataloniyalılar ikinci hissədə daha yaxşı təsir bağışlayaraq “Real Madrid”i məğlub edib.
Bu onların Bernabeudakı ən böyük qələbəsi olmasa da, (1974-cü ildə 5-0 qalib gəliblər) kifayət qədər sensasiyonaldır. Robert Lewandowski və Raphinhanın qiymətləndirə bilmədiyi epizodları da nəzərə alsaq, rahatlıqla yeni rekorda imza ata bilərdilər.
Dubl edən Robert Lewandowski 54 və 56-cı dəqiqələrdə qollara imza atıb.
3-cü qolu 77-ci dəqiqədə Lamine Yamal, dördüncü qolu isə 84-cü dəqiqədə Raphinha vurub.
Mənbə: barcablaugranes
Tərcümə etdi: İbrahim Çobanlı
