
"Liverpul" və İngiltərə millisinin futbolçusu Trent Alexander-Arnold "Qızıl top"u qazanan ilk müdafiəçi olmaq və "futbol oynamış ən böyük sağ cinah müdafiəçisi" kimi yadda qalmaq istədiyini söyləyib.
İlk dəfə 1956-cı ildə təqdim edilən dünyanın ən yaxşı oyunçusu mükafatını heç bir müdafiəçi qazana bilməyib.
26 yaşlı Alexander-Arnold bildirib ki, Dünya Kuboku əvəzinə Qızıl topu qazanmağı seçəcək.
Alexander-Arnold açıqlamasında "Mən bacara biləcəyimə inanıram, mən bunu edən ilk müdafiəçi olmaq istəyirəm",- deyə bildirib.
"Neçə kubok qazanmağınızın və ya nə qədər medal qazanmağınızın əhəmiyyəti yoxdur. Oyuna nə verdiyiniz və bütün potensialınıza çatmağınız vacibdir",- deyə fikirlərini bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Səbuhi Əzənmədli
