Bu gün:

Terror təşkilatı PKK-ya ağır zərbə


Ötən gecə İraqın şimalında Hakurk, Gara, Kandil və Sincarda 34 terrorçu hədəfə qarşı həyata keçirilən hava əməliyyatlarında ilkin təsbitlərə görə 30 PKK terrorçusu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən açıqlamada bu ifadələr yer alıb:

"Biz güclüyük, qərarlıyıq! Dünən gecə (24 oktyabr) İraqın şimalında Hakurk, Gara, Kandil və Sincarda 34 terrorçu hədəfə qarşı həyata keçirilən hava əməliyyatlarında ilkin təsbitlərə görə 30 PKK terrorçusu zərərsizləşdirilib. Biz terrorçuların yuvalarını dağıtmağa davam edəcəyik”.

Mənbə: Trt Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et