
2024 WLA Forumunun illik mövzusu “Elmdə mükəmməllik”dir. Şanxaya 20 ölkə və regiondan 300-ə yaxın alim, o cümlədən 11 Nobel laureatı, Çin Elmlər Akademiyası və Çin Mühəndislik Akademiyasının 40-dan çox akademiki, eləcə də 100-ə yaxın görkəmli gənc alim toplaşıb.
Forum yalnız mükafat sahiblərini universitetlərə, tədqiqat institutlarına və liseylərə səfərə dəvət etmir, həm də tədqiqatçı və gənc alimləri dünya səviyyəli elmi tədbirdə iştirak etməyə cəlb edir. Bundan əlavə, forum bu il ilk dəfə geniş ictimaiyyət üçün də açıqdır. Universitetlərdən və elmi-tədqiqat institutlarından olan peşəkar iştirakçılar forumda şəxsən iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Mənbə: CGTN
Tərcümə edən: Fatimə Kərimli
