Bu gün:

Dana qasırğası yaxınlaşdıqca Hindistan bir milyondan çox insanı təxliyə edir


Hindistanın hakimiyyət orqanları Şərqi Odişa (keçmiş Orissa) və Qərbi Benqal ştatlarında yaxınlaşan siklon yolundan təxminən 1,5 milyon insanı təxliyə edir.


Yaxın 24 saat ərzində quruya çıxması gözlənilən Dana siklonunun vurduğu ziyanı minimuma endirmək üçün minlərlə yardım işçisi cəlb olundu. Dövlət rəsmiləri qida, su və sağlamlıq imkanları olan müvəqqəti yardım düşərgələri hazırladıqlarını söylədi.


Odişa 14 rayondan bir milyondan çox insanı təxliyə edir, Qərbi Benqal isə sahilyanı ərazilərdən 300 mindən çox insanı evakuasiya edir.

Hər iki ştatın rəsmiləri və xilasetmə qrupları hazırlıq vəziyyətindədir. Sahil bölgələrində məktəblər bağlanıb.


Mənbə: BBC news 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et