Bu gün:

"Şimali Koreya şarı prezident iqamətgahına zibil daşıyıb"


Şimali Koreyadan göndərilən şarın daşıdığı zibil ikinci dəfə Seulun mərkəzində yerləşən prezident iqamətgahına düşüb və bu, Cənubi Koreyanın təhlükəsizlik sistemlərinin zəifliyi ilə bağlı narahatlıqları artırıb. Hadisə, Şimali Koreyanın Cənubi Koreyanın Pxenyan üzərində pilotsuz uçuş aparatları vasitəsilə təbliğat vərəqələri səpdiyinə dair iddialarından sonra, iki ölkə arasında gərgin ritorikanın yüksəldiyi bir vaxtda baş verib.


Cənubi Koreya prezidentinin təhlükəsizlik xidməti bəyan edib ki, cümə axşamı səhər saatlarında Şimali Koreyaya aid bir şar prezident iqamətgahı üzərində partlayıb və yerə düşən zibillərdə heç bir təhlükəli maddə aşkar edilməyib. Şimali Koreya, Soyuq Müharibə dövrü psixoloji mübarizəsinə bənzər bir kampaniya çərçivəsində, may ayının sonundan etibarən Cənubi Koreyaya plastik və kağız tullantıları daşıyan minlərlə şar göndərib. İyul ayında da prezident iqamətgahına düşən zibilin içində təhlükəli maddələr tapılmamışdı.


Mənbə: AP News

Tərcümə: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et