
Uşaqlar üçün uzunmüddətli tamaşa proqramı "Horrible Histories" gələn ay "nadir mədəni və sosial təsir"inə görə xüsusi BAFTA mükafatı ilə mükafatlandırılacaq.
BAFTA , proqramın 15 ildir "bütün yaş qruplarına sevinc və əyləncə" gətirdiyini və Böyük Britaniya komediya istedadı üçün əhəmiyyətli bir platforma olduğunu vurğulayıb.
Terry Deary-nin bestseller kitablarına əsaslanan "Horrible Histories" , 2009-cu ildən Birləşmiş Krallığın ən populyar uşaqlar üçün proqramlarından biridir.
BAFTA sədri Sara Putt, proqramın "təhsil televiziyasının anlayışını dəyişdiyini" qeyd edib.
Seriya 11 mövsüm və bir neçə spin-offdan ibarətdir , "Groovy Greeks" və "Vile Victorians" kimi başlıqlar təqdim edir.
Proqram , artıq doqquz BAFTA Uşaq Mükafatı və beynəlxalq Emmy də daxil olmaqla bir çox mükafat qazanıb.
İstehsalçılar mükafatı 29 noyabrda alacaqlar. BBC , "Horrible" brendinə "Horrible Science"ı əlavə edib.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Xavər Məmmədli
