Bu gün:

Cardi B xəstəxanaya yerləşdirildiyini açıqlayıb


Repper Cardi B , çərşənbə günü bir tibbi fövqəladə vəziyyətdən sonra xəstə olunduğunu və bu həftə sonu Atlanta musiqi festivalında çıxış edə bilməyəcəyini bildirib.

"Bu xəbəri paylaşdığım üçün çox kədərliyəm, amma son bir neçə gündür xəstəxanada müalicə alıram və ONE MusicFest-də çıxış edə bilməyəcəyəm",- deyə o, çərşənbə günü özünün  Instagram səhifəsində yazıb.

"Bu həftə sonu azarkeşlərimi görə bilməyəcəyim üçün ürəyim sızlayır və orada olmağı çox istərdim" əlavə edib. "Bardi Gang - başa düşdüyünüz üçün təşəkkür edirəm  tezliklə daha yaxşı və güclü geri dönəcəyəm."

32 yaşlı Cardi B, tibbi fövqəladə vəziyyətin və hazırkı vəziyyətinin detalları ilə bağlı heç bir məlumat paylaşmayıb.

O, Instagram mesajını "Narahat olmayın. Sizləri sevirəm" sözləri ilə bitirib.

Mənbə: NBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et