TAİ-yə xain hücumu həyata keçirən terrorçuların “Rojger” kod adlı Əli Örek və PKK terror təşkilatı üzvü Mine Sevjin Alçiçek olduğu müəyyən edilib.

Daxili İşlər Naziri Əli Yerlikaya "X" sosial media hesabında verdiyi açıqlamada TUSAŞ-a xain terror hücumunda zərərsizləşdirilən terrorçuların şəxsiyyətlərinin müəyyən edildiyini bildirib.
Milli Müdafiə Nazirliyi: 2-si yüksək səviyyəli terrorçu adlandırılan 59 terrorçu zərərsizləşdirilib.
Yerlikaya satqınların PKK terror təşkilatı üzvləri olan "Rojger" kod adlı Əli Örek və Mine Sevjin Alçiçek olduğunu bildirərək, TAİ-yə hücum edən hər iki xainin PKK üzvü olduğunun aydınlaşdığını vurğulayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
