Bu gün:

McDonald's məhsullarında E. Coli bakteriyası aşkarlanıb


McDonald'sın ABŞ-nin 10 ştatında yerləşən restoranlarında istehsal olunan hamburgerlərdə E.Coli bakteriyasının aşkarlanmasından sonra səhmləri kəskin şəkildə ucuzlaşıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən dünən verilən açıqlamada McDonald's "Quarter Pounder" hamburgerində E. coli bakteriyasının aşkar edildiyi bildirilib.

Açıqlamada Kolorado, Ayova, Kanzas, Missuri, Montana, Nebraska, Oreqon, Utah, Viskonsin və Vayominq ştatlarında sözügedən bakteriya səbəbiylə xəstələnən 49 nəfərdən birinin həyatını itirdiyi qeyd edildi.

Hamburgerlərdə istifadə olunan mal əti və soğanın E. Coli bakteriyası daşıya biləcəyi, lakin bunun dəqiq olmadığı bildirildi. McDonald'sın bəzi ştatlarda bu hamburgerlərin satışını və şübhəli məhsulların istifadəsini dayandırdığı qeyd olundu.

Açıqlamada, mövzu ilə bağlı araşdırmanın davam etdiyi vurğulandı.

Mənbə: Trt Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et